15 dollara mavi işarə alanları tənqid etdi

26-07-2023, 13:44           
15 dollara mavi işarə alanları tənqid etdi
Müğənni Nura Suri son bir neçə gündür instaqramda pulla mavi işarə alanlardan yazıb.

Teref.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi 15 dollar ödəyib işarəni alanların onu paylaşıb reklam etmələrini tənqid edib:

"İllər əvvəl bütün məşhurların kimlərəsə 3-4 min dollları ödəyib mavi işarə almaq üçün dəridən, qabıqdan çıxdıqları vaxtlar, bir dostum mənə səhifələrimi təsdiqləmək üçün nə lazım olduğunu başa saldı: instaqram, feysbukun qaydalarını göndərdi. Mən də profil şəkildən tutmuş, həştəqlərə kimi bütün qaydalara əməl edib özüm sorğu göndərdim. 2 gün sonra instaqram da, feysbuk da, "google" da təstdiqlənmişdi.

Heç kəsə 1 dollar belə ödəmədən, ağlımdan, dost məsləhətindən istifadə edərək etmişdim hər işimi. Ay Allah, indi 15 dollar ödəyib işarəni alanlar elə sevinirlər, elə bil nə böyük iş olub. Aylıq 15 dollardır da, sevinəcək nə var axı?".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru