Məşhur aktyor cinsi təcavüz iddiasında bəraət qazandı

27-07-2023, 11:45           
Məşhur aktyor cinsi təcavüz iddiasında bəraət qazandı
London məhkəməsində münsiflər heyəti təcavüzdə ittiham olunan "Oskar" mükafatlı məşhur amerikalı aktyor Kevin Speysini təqsirli bilməyib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə dörd kişiyə qarşı doqquz təqib faktı üzrə aktyora bəraət verib.
Münsiflər heyəti qərara gəlməzdən əvvəl 12 saatdan çox müzakirə edib.
Kevin Speysi qərara emosional reaksiya verib. Bütün ittihamlara görə bəraət aldığını eşidən aktyor göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, K.Speysi beş həmcinsinə qarşı cinsi zorakılıqda ittiham olunurdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru