Demet Özdemir boşandıqdan sonra ilk dəfə yeni sevgilisi ilə şəklini paylaşdı - FOTO

1-08-2023, 10:38           
Demet Özdemir boşandıqdan sonra ilk dəfə yeni sevgilisi ilə şəklini paylaşdı - FOTO
Məşhur türkiyəli aktrisa Demet Özdemir səkkiz ay evli olduğu müğənni Oğuzhan Koçdan ayrıldıqdan sonra ilk dəfə yeni sevgilisi ilə fotosunu paylaşıb.

Yunan DJ Sergio ilə eşq yaşamağa başlayan aktrisa sosial media hesabında sevgilisi ilə bağlı paylaşımlar edib.

Ayrılıqdan sonra Yunanıstana tətilə gedən Demet Özdemir qatıldığı ad günü məclisində rəqsləri ilə DJ Sergionun diqqətini çəkib və onlar tanış olublar. Daha sonra DJ-in konsertlərinə getməyə başlayan Özdemirlə Sergio arasındakı yaxınlıq qısa müddətdə sevgiyə çevrilib.

Hazırda Yunanıstanda sevgilisi ilə tətilin dadını çıxaran aktrisadan bununla bağlı ilk paylaşım gəlib. Demet Özdemir DJ Sergio və dostları ilə birlikdə olduğu fotonu “Instagram” hesabında paylaşıb.
Xatırladaq ki, ötən il Sarıyerdə bir hoteldə Oğuzhan Koçla nikah masasına oturan Demet Özdemirin evliliyi səkkiz ay davam edib. Aralarında problemlər yaşayan cütlük boşanıb.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru