İrina Miroşniçenkoda vəfat etdi

3-08-2023, 18:04           
İrina Miroşniçenkoda vəfat etdi

Məşhur rusiyalı teatr və kino aktrisası İrina Miroşniçenko 81 yaşında vəfat edib.

AJMEDİA.İNFO İzvestiya-ya istinadən xəbər verir ki, o, iyulun 30-da xəstəxanaya yerləşdirilib. Əvvəlcə qripin ağır forması diaqnozunu qoyulan və reanimasiyaya köçürülən aktrisa bir gün sonra, avqustun 1-də medikamentoz komaya düşüb, süni nəfəs aparatına qoşulub. Həkimlər onun vəziyyətini son dərəcə ağır kimi qiymətləndirirdilər.

Məlumata görə, komada olarkən aktrisanın ürəyi dayanıb. Ürək döyüntüləri bərpa edildikdən sonra Miroşniçenko yenidən medikamentoz komaya salınıb.

Sənətçi ayılmayıb və bu gün səhər saatlarında reanimasiyada dünyasını dəyişib.

Qeyd edək ki, 24 iyul, 1942-ci ildə Barnaulda dünyaya gələn Miroşniçenko Moskva İncəsənət Akademik Teatrının səhnəsində oynayıb, həmçinin “Mən Moskvada addımlayıram”, “Andrey Rublev”, “Qış albalısı” və s. filmlərdə rol alıb.

1988-ci ildə RSFSR xalq artisti adını alıb. 2021-ci ildə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.