“Barselona” futbolçusunu “Əl-Əhli”yə satdı

4-08-2023, 11:07           
“Barselona” futbolçusunu “Əl-Əhli”yə satdı
İspaniyanın “Barselona” klubunun futbolçusu Frank Kessye karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Kataloniya təmsilçisi Kot-d'İvuardan olan yarımmüdafiəçini “Əl-Əhli”yə satıb. “Barsa” bu keçiddən 15 milyon avro qazanacaq. 26 yaşlı futbolçu ərəblərlə üç illik müqavilə imzalayacaq.
Kessye keçən ilin yayında İtaliyanın “Milan” klubundan “Barselona”ya keçib. O, ötən mövsüm 43 oyunda üç qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru