Məşhur aktyorun keçmiş sevgilisinin naməlum kişi ilə səmimi görüntüləri yayıldı - FOTO

5-08-2023, 14:14           
Məşhur aktyorun keçmiş sevgilisinin naməlum kişi ilə səmimi görüntüləri yayıldı - FOTO
Məşhur fransız model Tina Kunaki paparazzilərin obyektivinə tuş gəlib.

Aprel ayında aktyor Vinsent Kasseldən ayrılan Tina Kunakinin naməlum kişi ilə səmimi görüntülərini əks etdirən kadrlar yayılıb.

Videogörüntülərdə 26 yaşlı qaraşın model bir oğlanı qucaqlayır. Tina nadir hallarda şəxsi həyatı ilə bağlı məlumat verir, buna görə də cütlüyü nəyin birləşdirdiyini yalnız təxmin etmək qalır.

Xatırladaq ki, Kassel və Kunaki 2018-ci ildə evləniblər. Cütlüyün Amazoni adlı bir qızı var. Pərəstişkarları 30 yaş fərqinə baxmayaraq cütlüyə pərəstiş edirdilər.
Şayiələrə görə, Vinsent Kassel və Tina Kunakinin ayrılığına səbəb modelin vəfasızlığı olub. Aktyor tez bir zamanda yeni bir gənc sevgili tapıb və Kunaki də görünənə görə, vaxt itirməyib.

Mənbə: Muz-tv.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru