“Ona hələ də aşiqəm, amma ailəsi var...” - Fotolar
7-08-2023, 14:28
Yutub proqramlarından birində qonaq olan türkiyəli aktrisa Didem Soydan verdiyi açıqlama ilə diqqət çəkib.
“Qafqazinfo” “Kelebek”ə istinadən xəbər verir ki, aktrisa açıqlamasında aşiq olduğu adamın evli olduğunu deyib.
“Aşiq olduğum tək bir insan var, hələ də ona aşiqəm. Amma ailəsi olduğu üçün adını deyə bilmərəm. Bütün münasibətlərimi onunla müqayisə edirəm. Çünki heç bir münasibətim onunla olandan daha yaxşı olmadı. Sonradan münasibətdə olduğum insanlar da bunu bilirdilər. Onunla davam etmədik, çünki mən heç vaxt uşaq sahibi olmaq istəmirdim”.
Soydanın bu sözləri müzakirələrə səbəb olub. Ağıllara isə aktrisanın 2014-2016-cı illlərdə münasibət yaşadığı musiqiçi Can Bonomo gəlib. Belə ki, iki il sevgili olan cütlük sosial şəbəkədə evlənəcəkləri ilə bağlı məlumat da paylaşmışdılar. Lakin sonradan ayrıldılar.
Didem Soydanın etirafından sonra hazırda aktrisa Öykü Karayellə evli olan Can Bonomo yeni paylaşım edib. Müğənni sosial media hesabında "İndi sonsuza qədər ağla" mahnısını paylaşıb.
Daha sonra isə diqqətçəkən paylaşım Öykünün qardaşı Ezgi Karayeldən gəlib. O, Can və Öykünün şəklini paylaşaraq "Sanki uşaqları var" sözlərini yazıb.
Bütün bunlardan sonra Didem Soydan mövzu ilə bağlı açıqlama verib. Aktrisa onun hələ də unuda bilmədiyi sevgilisinin Bonomo olduğunu iddia edən izləyicilərindən birinin şərhinə cavab verərək bu sözləri deyib: "Mən belə bir söz deməmişəm. Üstəlik, mənim bütün yaxın ətrafım haqqında danışdığım və “hələ də aşiqəm” dediyim adamın kim olduğunu bilir. Hamı bilir ki, söz açdığım şəxslə münasibətim dörd il Amerikada yaşanıb".
Qeyd edək ki, Can Bonomo və Öykü Karayel 2018-ci ildə evləniblər. Onların 2 yaşında Roman adlı oğulları var.