“Belə gözəl xəbəri eşidən adam necə olar?”

7-08-2023, 16:24           
“Belə gözəl xəbəri eşidən adam necə olar?”
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Belə ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Balayev “İstiqlal” ordeni ilə təltif edilib.

Təltif olunan Xalq artisti təəssüratlarını Yenisabah.az-la bölüşüb:

"Belə gözəl xəbəri eşidən adam necə olar? Prezidentimizə təşəkkür edirəm. Sağ olsun ki, əməyimi qiymətləndirib. Bu qədər çətin bir vaxtda mənə diqqət ayrıldığını görmək çox xoş oldu. Sağ olsun. Əməyinin qiymətləndirildiyini görmək çox gözəl hissdir".

Aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi haqqında da danışıb.

Onun sözlərinə görə, hələlik birləşdirilən təşkilatlara sədr seçimi edilməyib:

"Təşkilatların rəsmi şəkildə birləşdirilməsi, sədrin seçilməsi, layihələr hazırlanması 1 həftə, 10 günlük iş deyil. Burada texniki, inzibati bir sıra işlər var. Bunlar yavaş-yavaş həll olunacaq və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Hələlik sədr seçilməyib. Sədr seçiminin nə cür olacağı da dəqiqləşməyib. Ya qurultay, ya da iclas keçirilib sədr seçiləcək, bu məsələ də tezliklə həll olunacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru