Məşhur müğənni pərəstişkarları üçün metroya 100 min dollar ödədi

8-08-2023, 10:38           
Məşhur müğənni pərəstişkarları üçün metroya 100 min dollar ödədi
Beyons Vaşinqton metrosunun işini bir saat uzatmaq üçün 100 min dollar ödəyib.

Müğənninin paytaxtdakı konserti əlverişsiz hava şəraiti səbəbindən iki saata yaxın təxirə salınıb. Tədbirin tamaşaçılarının evə metro ilə çatması üçün ifaçı əlavə olaraq qatarların iş saatını uzadıb.

Beyonsun təşəbbüsü ilə 100-ə yaxın metro stansiyası çıxışlar üçün açıq olub.

Konsert Beyonsun “Renaissance” adlı doqquzuncu turu çərçivəsində keçirilib. Turun oktyabrın 1-də başa çatacağı gözlənilir.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru