İkinci övladına hamilə olan müğənni Rihanna oğlu RZA ilə birlikdə özünün "Savage x Fenty" brendinə aid olan alt paltarları kolleksiyasının reklamında çəkilib. Teref.az xəbər verir ki, ifaçı hamilə və uşaq əmizdirən analar üçün büstqalterləri təqdim edib.
Qeyd edək ki, Müğənninin hamiləliyi fevral ayında "Super Bowl"-da çıxışı zamanı məlum olub. Rihanna və A$AP Rocky-nin ilk övladı RZA ötən ilin mayında dünyaya gəlib.(olay)