Kim Kardaşyan ağır zədə aldı

10-08-2023, 09:57           
Kim Kardaşyan ağır zədə aldı
42 yaşlı Kim Kardaşyan idman edərkən çiynini sındırdığını etiraf edib. SİA xəbər verir ki, Kardaşyan tam olaraq necə xəsarət aldığını açıqlamayıb. O, oxşar zədələri olanlara bərpa olunmaqda kömək edən məşqçisi Melissa Alkantara ilə bir videosunu yayıb.

“Yaxşı, dostlar, siz bilmirsiniz, mən çiynimi sındırdım, əzələmi yırtdım. Beləliklə, bir neçə həftədir ki, idman zalına getmirəm. Bu gün bərpa və məşqimizə başlayırıq, çünki mən idman zalına qayıtmalıyam”, - Kardaşyan bildirib.

Kim Kardaşyan idmanla məşğul olmağın həyatının ayrılmaz hissəsi olduğunu dəfələrlə bildirib. Onun sözlərinə görə, həftənin altı günü gündə iki saat məşq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru