Avstraliyada qitədəki ilk “Disneylend”in inşası planlaşdırılır

10-08-2023, 12:07           
Avstraliyada qitədəki ilk “Disneylend”in inşası planlaşdırılır
Avstraliyanın Melburn şəhər hakimiyyəti turistləri cəlb etmək üçün ölkədə ilk “Disneylend” əyləncə parkını qurmaq niyyətindədir.

Bu barədə şəhərin meri Salli Kapp məlumat verib.

“Koronavirus pandemiyasından sonra Melburn turizm paytaxtı kimi reputasiyasını bərpa etməlidir və bunun üçün “Disneylend”in qurulması mükəmməl olardı. Biz əminik ki, şəhərimizdəki “Disney” əyləncə parkı həm yerli sakinlər, həm də turistlər arasında böyük rəğbət qazanacaq”, - deyə o, bildirib.

Kapp Melburndan cənub-qərbdə “Disneylend” üçün torpaq sahəsinin ayrıldığını da qeyd edib.
Gözlənildiyi kimi, yeni “Disneylend” Melburndan 50 km cənub-qərbdə, Port Fillip körfəzinin sahilində yerləşən Cilonq şəhərində tikiləcək. Avstraliya sakinləri və xaricdən gələn qonaqlar üçün Melburnun mərkəzindən əyləncə parkına qədər dəmir yolu xətti uzadılacaq və səyahət müddəti 30 dəqiqədən çox olmayacaq.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru