Dünyanın ən hündür pişiyinin bacarıqları hər kəsi heyrətləndirdi - FOTO

10-08-2023, 13:34           
Dünyanın ən hündür pişiyinin bacarıqları hər kəsi heyrətləndirdi - FOTO
Dünyanın ən hündür pişiyinin sahibi ev heyvanının sərbəst şəkildə qapıları aça və masanın üstünə tullanmadan yemək yeyə bildiyini söyləyib.

Fenrir adlı savanna pişiyinin sahibi Uill Pauersin dediyinə görə, hündür boyuna baxmayaraq, ev heyvanı hələ də böyüyür. Bunun qarşısını almaq üçün kişi hətta pişiyin yeməyini məhdudlaşdırmalı olub.

Uillin bildirib ki, onun pişiyi arxa ayaqları üstə dayanaraq qapını aça və ya masanın üstünə tullanmadan birbaşa yemək götürə bilir. Bundan əlavə, Fenrir “Ginnesin Rekordlar Kitabı”na hazırda yaşayan ən hündür ev pişiyi kimi düşüb.

“Fenrir çox hündür olduğu üçün digər pişiklərin bacarmadığı bir çox şeyi edə bilir”, - onun sahibi qeyd edib.




Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru