Beyons Şimali Karolinada “Renessans” turnesi zamanı çəhrayı geyimdə çıxış edib.
İfaçı çəhrayı mini paltar geyinib.
Müğənninin obrazı hazırda məşhur olan barbikor trendini xatırladıb.
Qeyd edək ki, “Barbi” filminin dünya ekranlarına çıxması çəhrayı rəngli geyimlərə xüsusi populyarlıq qazandırıb. Xatırladaq ki, “Renessans” Beyonsun doqquzuncu konsert turudur. Tur oktyabrın 1-də başa çatacaq.