“Forsaj”ın ulduzu təsərrüfat mağazasından bir milyon dollar tələb edir

12-08-2023, 13:08           
“Forsaj”ın ulduzu təsərrüfat mağazasından bir milyon dollar tələb edir
Aktyor Tayris Gibson “The Home Depot” təsərrüfat malları mağazasını məhkəməyə verir.

O, özünün və iki həmkarının irqi ayrı-seçkiliyə məruz qaldığını bildirib. Sənətçi mağazadan bir milyon dollar tələb edib.

Məhkəmə iddiasında bildirilir ki, satıcılar “dərisinin rənginə görə Gibson haqqında əsassız şübhələrə əsaslanaraq, ona məhsul satmaqdan imtina ediblər”. Sənəddə həmçinin deyilir ki, Gibson mağaza müdiri ilə yalnız 20 dəqiqəlik “şiddətli mübahisə”dən sonra alış-verişi başa çatdıra bilib.

“Kassir və menecerin hərəkətləri irq və mənşəyə görə ayrı-seçkilik xarakteri daşıyır. Pis rəftarın başqa ağlabatan izahı yoxdur”, - iddiada deyilir.
Qeyd edək ki, Gibson daha çox “Forsaj” filmlərindəki Roman Pirs rolu ilə tanınır.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru