The Sun: “Barbi”nin prodüserləri filmin ikinci hissəsinin üzərində işləyirlər”

14-08-2023, 14:54           
The Sun: “Barbi”nin prodüserləri filmin ikinci hissəsinin üzərində işləyirlər”
İyulun ikinci yarısında dünya nümayişinə çıxan “Barbi” (Barbie) filminin prodüserləri rekord qonorar fonunda artıq ikinci hissə üzərində işlərə başlayıblar.

Bu barədə Böyük Britaniyanın “The Sun” qəzeti film sənayesindəki mənbələrə istinadən məlumat yayıb.

“Barbi” filmini hazırlamış komanda davamı üzərində işləri müzakirə etmək üçün əlaqə saxlayıb. Bu hələ ilkin mərhələdədir, lakin aydındır ki, boslar sikvel üçün birinci filmi çəkən eyni komandanı istəyirlər” , - mənbə bildirib.
Qeyd edək ki, “The New York Times” qəzetinin avqustun 6-da yaydığı məlumatına görə, “Barbi” digər “Warner Bros” filmlərindən daha tez 1 milyard dollar qazanıb. Bunun üçün baş rollarda Marqo Robbi və Rayan Qoslinqin çəkildiyi filmə 17 gün kifayət edib. Bundan öncə rekord “Harri Potter və ölüm yadigarları: II hissə” (2011) lentinə məxsus idi - 19 gün.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru