"Danışmağa imkan vermirdin, o veriliş, o da sən" - İslamdan Mətanətə

19-09-2023, 09:14           
"Danışmağa imkan vermirdin, o veriliş, o da sən" -
Xəbər verdiyimiz kimi, aparıcı İslam Mehrəliyev "Xəzər axşamı" şousundan ayrılıb.

Teref.az axsam.az-a istinadən xəbər verir ki, yeni mövsümdən verilişi Mətanət Əliverdiyeva tək aparacaq. Bununla bağlı aparıcılar video çarx hazırlayıblar.

Çarxda İslamın Mətanətə "Onsuz da danışmağa imkan vermirdin. Get, o veriliş, o da sən. Nə qədər istəyirsən, danış" deməsi diqqət çəkib.

Belə ki, ötən mövsümdə də sosial şəbəkədə İslamın proqramda az danışdığı, M.Əliverdiyevanın ona imkan vermədiyi müzakirə olunurdu.

Qeyd edək ki, İslam "Space TV"də tamaşaçıların qarşısına çıxır. O, "Salamlar" adlı səhər proqramına aparıcılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru