Britni Spirs məşhur müğənni ilə şam yeməyində görüntülənib - FOTO

14-10-2023, 13:07           
Britni Spirs məşhur müğənni ilə şam yeməyində görüntülənib - FOTO
Amerikalı müğənni Britni Spirs məşhur kolumbiyalı müğənni Maluma (əsl adı Xuan Luis Londonyo Ariasdır) ilə birlikdə görüntülənib.

Verilən məlumata görə, sənətçi Maluma ilə ABŞ-nin Nyu-York şəhərindəki restoranlardan birində görüşüb.

Şam yeməyinə müğənni Cey Balvin də qoşulub.

“Onu masa arxasına dəvət etdilər və o, dostları ilə birlikdə bizə qoşuldu”, - deyə orada olan kolumbiyalı müğənnilərdən biri bildirib.
Qeyd olunur ki, Spirs və kolumbiyalı müğənnilər musiqi və sənətçinin “İçimdəki qadın” avtobioqrafiyasını müzakirə ediblər.

Mənbə: Page Six












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru