Müğənni Nura Suri mövcud iş və məktəb saatlarından gileylənib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.
İfaçı məlum qrafikin tıxaca da səbəb oluğunu bildirib:
"İnsan payız və qış aylarında səhər tezdən məktəbə və ya işə niyə getməlidir ki? Bu vaxt məsələsini kim fikirləşib? Olmaz ki, məktəb və bəzi iş yerləri saat 10-da başlasın? Həm insanlar eyni vaxtda yola çıxmaz, tıxac azalar, həm də ki, uşaqlar yorulmaz".