"Netflix" Kennedi haqqında serial üzərində işləyir

16-10-2023, 09:09           
"Netflix" Kennedi haqqında serial üzərində işləyir
"Netflix" ABŞ-ın keçmiş prezidenti Con Kennedinin həyatına əsaslanan mini-serial hazırlayır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Serial Fredrik Logevallın "JFK: Coming of Age in American Century, 1917-1956” əsəri əsasında planlaşdırılmış duologiyanın ilk hissəsi olacaq. Bu, ABŞ-ın keçmiş liderinin anadan olmasından və 1953-cü ildən 1960-cı ilə qədər Massaçusetsdən kiçik senator kimi xidmətinə qədər olan həyatını əks etdirir.

"Oskar" mükafatlı ssenarist Erik Rot ("Forrest Gump”) serialın ssenarisini yazacaq və eyni zamanda ekran işinin icraçı prodüseri olacaq. "Netflix" hazırda gələcək layihə üçün aktyorlar axtarır.

"Variety"nin mənbələri qeyd edir ki, "Netflix" Kennedi serialını bir növ Britaniyanın "The Crown” serialının Amerika versiyasına bənzədir. Digər təfərrüatlar məlum deyil.

Qeyd edək ki, Con Kennedi ABŞ-ın 35-ci prezidenti olub (20 yanvar 1961 - 22 noyabr 1963). O, 22 noyabr 1963-cü ildə, 46 yaşında Texas ştatının Dallas şəhərində qətlə yetirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru