ATV-nin aparıcısı Mətanət: ",biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi...." VİDEO

20-05-2015, 23:19           
Bu gün ATV telekanalında yayımlanan “Gündəlik” verilişində Mətanətin aparıcılığı ilə Bakıdakı yanğın haqqında danışılıb.


teref.az xəbər verir ki, aparıcı Mətanət Əliverdiyevanın proqramdakı çıxışı çox insanların xoşuna gəlməyib və sosial şəbəkələrdə tənqidə məruz qalıb.
“ Bu gün biz dünənki faciədən danışacayıq,biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”.
Doğurdanmı bu bir külək idi oldu getdi? Görəsən bunu o ölən məsum körpələrin ailələrinə, həlak olmuş bacı qardaşın ailəsinə deyə bilərmi?
Görəsən öz başına belə bir faciə gəlsəydi və ona bu sözləri desəydilər , o, nə deyərdi?
Görəsən bu faciədən istifadə edib kiməsə təşəkkür etmək nə qədər insanlığa sığır?
Qaldı, FHN-nin işinə görə ona təşəkkür etməyə,bildirmək istəyirəm ki, bu onların vəzifə borcudur, etməli idilər və əgər bu yanğında 15 nəfər ölübsə deməli heç də siz deyən kimi yaxşı işləməyiblər.

Yadınıza salmaq istəyirəm ki, ki, rəsmi məlumatlara görə, Binəqədi rayonunda 16 mərtəbəli binadakı yanğında 15 nəfər ölüb, 50 nəfər yaralanıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.