Madonna Londondakı şousuna görə 300 min funt sterlinq cərimələnə bilər

18-10-2023, 15:35           
Madonna Londondakı şousuna görə 300 min funt sterlinq cərimələnə bilər
Amerikalı müğənni Madonna Londonda konsert zamanı komendant saatını pozduğuna görə 300 min funt sterlinq cərimələnə bilər.

Məsələ burasındadır ki, İngiltərədə saat 22:30-dan sonra konsert fəaliyyətlərini məhdudlaşdıran kifayət qədər ciddi komendant saatı tətbiq edilir. Bu tədbir ziyarətçilərin ictimai nəqliyyata çata bilmələrinin təmin edilməsi üçün tətbiq edilib.

Müğənni ifasına axşam saat doqquzda başlamalı idi və proqramı həyata keçirməyə vaxt tapa bilərdi, lakin o, gecikib. Nəticədə, yuxarıda qeyd olunan vaxtdan sonra şounu davam etdirib və saat 23:00-da bitirib. Bu səbəbdən sənətçi “Celebration”, “Like A Virgin” və “Holiday” hitlərini ifa edə bilməyib.
Qeyd edək ki, Böyük Britaniyada komendant saatı pozulduğu təqdirdə hər dəqiqə üçün 10.000 funt sterlinq cərimə nəzərdə tutulur. Britaniya mediası yazır ki, konsert yarım saat gecikib. Buna görə də Madonnanın 300 min funt sterlinq məbləğində cərimə ödəmə ehtimalı var.

Mənbə: mir24.tv












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.