Mehriban Ələkbərzadədən qalmaqallı status: "Nə qədər utanmaz olasan ki..."

19-10-2023, 11:03           
Mehriban Ələkbərzadədən qalmaqallı status:
"Oğru elə bağırır ki,doğrunun bağrı yarılır? Nə qədər utanmaz olasan ki...özün kimdənsə oğurladığın halda, başqasını nədəsə günahlandırmağa ÜZün ola.."

Bakupost.az xəbər verir ki, bunu tanınmış rejissor və ssenarist, Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə sosial şəbəkədə yazıb.

"Madam ki, belədir... aşağıda göstərilən LİNKləri və TARİXİ əvvəlcə özünüz olmayan ağlınızla baxın, sonra ortaya saldığınız qulbeçe -gerizəkalılara göstərin. Şükriyyə... yəni ALJİR mövzusu Azərbaycanda İLK dəfə 2010 da mənim imzamla qələmə alınıb. Sonra isə "Kod adı V.X.A" kimi pyes halında yazılıb. İLK yazının Tək və şəriksiz müəllif MƏNəm! Bəhrələnmisinizsə...cəhənnəm! Oğurlamısınızsa...AR olsun! Vəssəlam! İndi kimin cəsarəti varsa...çıxsın ortaya! "- deyə Ələkbərzadə bildirib.

Qeyd edək ki, rejissor sərt fikirlərini kimə ünvanladığını açıqlamayıb. O, yalnız həmin şəxsin romanını öz adına çıxdığını və bu barədə Yazıçılar Birliyində osəs-küy saldığını qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru