MTRŞ ATV- də Mətanətin danışdığına münasibət bildirdi

21-05-2015, 12:21           
MTRŞ ATV- də Mətanətin danışdığına münasibət bildirdi
Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-nin tanınmış aparıcısı Mətanət Əliverdiyevanın Bakıdakı yanğın faciəsi ilə efirdə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Mətanət Əliverdiyevanın ötən gün “Gündəlik” verilişində səsləndirdiyi “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözlərinə MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov AzVision.az-a açıqlamasında belə cavab verib:

“Ola bilər ki, həmin hissə mantaj olunub. Aparıcı bu səhər efirdə dedi ki, `həmin hissəni kəsiblər, montaj ediblər. Mən elə demək istəməmişəm`. Monitorinq üzvlərinə tapşırıq verilib, verilişə baxılır. İctimaiyyətin marağına toxunan məsələ olduqda Şura məsələyə baxır və tədbir örür”.

T.Məmmədov onu da qeyd edib ki, teleaparıcının sözləri insanlarda qıcıq yaradıb. Bu baxımdan Mətanət Əliverdiyeva belə hala yol verməməli idi: “Amma biz verilişə baxacağıq . Həmin ifadəni nəyə görə deyib, nə məqsədlə deyib aydınlaşdıracayıq”.

Qeyd edək ki, teleaparıcı Mətanət Əliverdiyeva ötən gün “Gündəlik” verilişində Bakının Binəqədi rayonu Azadlıq prospektindəki dəhşətli yanğınla bağlı fikirlərini səsləndirib. O, “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”-deyib. Bu isə insanlarda qıcıq yaradıb. Teleaparıcı sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.

Xatırladaq ki, Bakının Binəqədi rayonu Azadlıq prospektində 16 mərtəbəli binanın yanması nəticəsində 15 nəfər dünyasını dəyişib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.