Dilarə Əliyeva niyə toy aparmır? - Səbəbini açıqladı
14-04-2024, 12:16
Qaynarinfo xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Göstərir radio" proqramlıda qonaq olarkən deyib. Aktrisa ilk dəfə niyə toy aparıcılığı etməməsinə aydınlıq gətirib:
"Mənim qarşımda yemək-içmək olduğu halda mütləq mənada daha çox yeməyə üstünlük verəcəyəm, diqqətim orada olacaq. Söz özü də ayrılıqda nemətdir. İki neməti bir araya sığışdırmaq olmaz. Cüneyt Arkının (red. - türkiyəli aktyor) bu yaxınlarda bir müsahibəsi keçdi əlimə. Deyir ki, mənim atam həyatda hər şeyə öz dəyərini verən adam idi. Musiqi ilə yeməyi eyni vaxtda etməzdi. Söyləyirdi ki, yeməyi ayrıca yeyim, musiqiyə də ayrıca qulaq asım, bu iki ləzzəti bir-birinə qarışdırmayım. Mən də o iki neməti bir-birinə qarışdıra bilmərəm. Mən söz danışım, o uçub-getsin havaya, kimsə orada dana basdırma yesin, kofe içsin. Heç bir maddiyyət mənim üçün sözdən o yana deyil".