ATV ANS-ə cavab verdi VİDEO

24-05-2015, 23:07           
ATV ANS-ə cavab verdi VİDEO
ANS kanalında ATV-nin "Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyeva və ATV kanalı əleyhinə süjet hazırlanıb. Bu gün isə ATV-nin "Həftə sonu" verilişində qonşu kanala tutarlı cavab verilib:

"Faciə baş verən günü ATV ilk olaraq efir proqramına dəyişiklik etdi. Şou proqramların yayımı dayandırıldı, hər iki radiomuzda musiqili-əyləncəli proqramlar ləğv edildi. Hadisə yerindən ən dolğun xəbərləri yerində canlı olaraq biz yayımladıq. Bu bizim peşə borcumuzdu. İllərdi ATV olaraq bu funksiyanı heç kimdən əksik, yox laiqincə yerinə yetirmişik, həmişə öndə olmuşuq. Bu dəfə də belə odu. Yanğının səbəbləri, dəyəri milyonlarla ölçülən villaların sahibləri kimlərdi kimi süjetlərimizi hər kəs izlədi.

Dövlət başçısının səsləndirdiyi problemlərin üzərinə getməyimiz, öz işimizdə olmağımız görünür kimlərdəsə qıcıq yaratdı. Bu müddət ərzində ATV-yə hücümlar başladı. Səbəb aparıcımız Mətanət xanımın işlətdiyi yeddi sözdən ibarət bir cümlə idi.

Binanı ATV və ya Mətanət xanım yandırmamışdı. Ən acınacaqlısı isə odur ki, ATV-yə qarşı bu kampaniyaya qonşu kanallardan biri də qoşuldu.

O da başa düşüləndi. Yanğından iki gün əvvəl bu başı bəlalı reytinq məsələsi həmin kanalın efirində geniş şərh olundu. Yanğından bir gün əvvəl isə Laçının işğalı günü yenə həmin kanalda aparıcıların reytinqə görə yerdəyişməsi canlı efirdə əsas müzakirə mövzusu oldu".
[media=https://www.youtube.com/watch?t=337&v=hOXUqCs-g0g]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.