Ancelina Coli Bred Pittlə boşandıqdan sonra VARLANIB

18-04-2024, 13:19           
Ancelina Coli Bred Pittlə boşandıqdan sonra VARLANIB
ünyaca məşhur aktyor cütlüyü Ancelina Coli və Bred Pittin evliliyi 8 il əvvəl sona çatsa da keçmiş cütlüyün hüquqi mübarizəsi hələ də davam edir. Keçmiş həyat yoldaşlarının 6 uşağından 3-nün qəyyumluqla bağlı suallara cavab tapılsa da, “Miraval” qalası və şərabçılıq üçün mübarizə hələ də davam edir və yeni ittihamlar gündəmə gətirilir.

“Daily Mail” nəşrinin araşdırmasına görə, boşandıqdan sonrakı illərdə Ancelina yoxsullaşmayıb, əksinə, daha da varlanıb, özü də nə az nə çox, düz 100 milyon dollar.

Nəşrin yazdığına görə, bu məbləğə kreditlər, alimentlər, hədiyyələr və onun “Château Miraval” şərab zavodunun 50 faizlik payının satışından əldə edilən milyonlar daxildir. Bu sövdələşməyə görə, keçmiş həyat yoldaşları indi bir-birini məhkəməyə verir. Pitt Colinin heç bir hüququ olmadığını israr edir.

Bu 100 milyonun böyük hissəsi Pittin hesabından Colinin hesabına daxil olub. Məsələn, 2018-ci ilə qədər, aktyor uşaq dəstəyinə, uşaqları üçün psixoterapiya və yüz minlərlə digər ödənişlərə 1,3 milyon dollardan çox xərcləyib. Mənbələrin bildirdiyinə görə, Pitt son 7 ildə sistematik olaraq bu xərcləri ödəyir. Bu müddət ərzində o, alimentə təxminən 10 milyon dollar xərcləyib.
Lakin Coli ən çox “Miraval” şərab zavodunda payının satışından qazanıb. Pitt və Coli 2008-ci ildə mülkü alanda onun dəyəri 60 milyon dollar idi, lakin indi onun qiyməti “Pittin səyləri və investisiyaları sayəsində” 164 milyon dollara yüksəlib.

İnsayderlər onu da qeyd edirlər ki, Coli “yoxsulluğundan fəryad etsə də”, Manhettendə bir vaxtlar Endi Uorhola məxsus olan və ayda 60.000 dollara icarəyə götürülmüş evi almaq üçün kifayət qədər pulu var.

Məhkəmə tezliklə Colinin Pittə qarşı yeni iddiaları ilə bağlı qərarlar verəcək, lakin prosesin yekun başa çatması hələ çox uzaqdadır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.