Serenay Sarıkayanın keçmiş sevgilisi Cem Yılmazdan belə intiqam aldı - FOTOlar

22-04-2024, 09:54           
Serenay Sarıkayanın keçmiş sevgilisi Cem Yılmazdan belə intiqam aldı - FOTOlar
Serenay Sarıkaya GQ Türkiyə jurnalının "Yaradıcılıq mükafatı"na layiq görülüb və bu yaxınlarda Nyu-Yorkda keçirilən mükafatlandırma mərasimində geyindiyi dekolteli libası ilə adından söz etdirib.

TEREF lent.az-a istinadən xəbər verir ki, gözəl aktrisanın komediya ustası olan keçmiş sevgilisi Cem Yılmaz sosial media hesabında ingiltərəli aktyor Marti Feldmanın gözləri iri açılmış fotosunu paylaşıb; Bu addım "Serenaya mesaj" kimi şərh edilib.

Məşhur komediya ustası öz xəstəliyi ilə əlaqədar göz müayinəsinə getdiyini və sağ gözünün tor qişasında yaranan problemə görə paylaşım etdiyini bildirib.

Bu açıqlamaya baxmayaraq, Serenay Sarıkaya əks addım atıb. Nyu-Yorkda çəkdirdiyi fotoları yayımlayan aktyor, "Instagram" paylaşımında gözləri çarpaz görünən kadrını da yerləşdirib.

Cem Yılmaz indi pilates təlimatçısı Necla Karahalillə birlikdədir. Serenay Sarıkaya musiqiçi Mert Demirlə eşq yaşayır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.