Eminem ayıq həyat tərzinin 16 ilini qeyd edib - FOTO

23-04-2024, 17:04           
Eminem ayıq həyat tərzinin 16 ilini qeyd edib - FOTO
Eminem 16 ildir ki, ayıq və sağlam həyat tərzi keçirir.

Musiqiçi alkoqol və narkotik maddələrdən imtina edib.

O, sosial şəbəkələrdə alkoqoldan və narkotik maddələrdən imtina etməsinin hər ildönümü üçün aldığı yeni “təmizlik nişanı”nı paylaşıb.

Reper 2007-ci ildə həkimlərin çətinliklə onu xilas edə bildiyi o taleyüklü günü yenidən xatırladıb. Musiqiçi bir dəfəyə 80-ə yaxın həb qəbul etdiyini etiraf edib.

“Yadımdadır, bu hadisədən sonra ayılanda nəhayət ki, real həyatın nə olduğunu başa düşdüm. Hər şey mənim üçün yeni idi və anladım ki, xoşbəxt olmağa başlayıram”, - Eminem yazıb.

Ulduzun sözlərinə görə, o, idman və gündəlik qaçış sayəsində normal həyata qayıtmağı bacarıb. Fiziki fəaliyyət reperə forma almağa və gündəlik iş rejimi qurmağa kömək edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.