Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?

23-04-2024, 17:36           
Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?
Xalq artisti Faiq Ağayev həmkarı Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən söz açıb.

Publika.az xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb.

Proqramın aparıcısı Zaur Nəbioğlunun "Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?" sualına Faiqin cavabı belə olub:

"Mən Aygün Kazımovanı 35 ildir ki, tanıyıram. Bu 35 ildə onu sevmişəm hətta yabalaşan zamanı da... Biz sənin nəzərdə tutduğun "sevgili" olmamışıq. Mən Aygünü hər zaman sevmişəm. Aygün mənə hər zaman deyir ki, məni səndən bu həyatda çox sevən olmayıb. Kim ki, deyir ki, mən Aygün Kazımova ilə sevgili olmuşam, dilinə sağalmayan "çiban" çıxsın. Bu yalan informasiyadır.
Aygün mənim üçün dostdur, bacıdır, sirdaşdır. Amma bizim pərdənin digər tərəfinə keçməyimiz heç zaman olmayıb. Amma "sevgili" olsaydıq, hər ikimiz razı qalardıq. "İki qoçun başı bir qazanda qaynamaz" söhbəti də var. O işdə mən işdə. Nə sevgi olacaq idi ki...".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.