“Qızlarıma cehiz vermək üçün bağımı satdım”

23-04-2024, 18:13           
“Qızlarıma cehiz vermək üçün bağımı satdım”
Əməkdar artist Qorxmaz Əlili bağını satma səbəbini açıqlayıb. TEREF axşam.az-a istinadən xəbər verir ki, aktyor “Elgizlə izlə” verilişində qızlarına cehiz almaq üçün bunu etdiyini deyib:

“Bağım var idi… Qızlarımı köçürəndə onlar üçün cehiz almaq lazım idi. Məcburiyyətdən o bağı satdım. Dörd nəfərik, indi ikiotaqlı evdə yaşayırıq”.

Q.Əlili aktyorlara ev verilməsi məsələsindən söz açıb:

“Jurnalistlərə evlər tikildi. Paxıl deyiləm. Heç olmasa biz incəsənət adamları üçün də evlər tikərdilər. Bir çox teatrlarımızda gənc, istedadlı lakin maddi vəziyyəti aşağı olan aktyorlar var. O evləri tikərdilər həmin gənclər də orada yaşayardılar. O aktyorların evlərə çox ehtiyacı var. Musiqiçilərimiz var ki, onlar çox böyük istedada malikdirlər. Amma məcburiyyətdən onlar biznes sahəsinə yönəliblər, sənət qalıb bir kənarda”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru