Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”

15-05-2024, 12:14           
Mahsun Kırmızıgül:
Türkiyəli müğənni Mahsun Kırmızıgül Azərbaycana gəlib.
TEREF Axşam.az -a istinadla xəbər verir ki, sənətçi hava limanında junralistlərin ”Bakıdan ev almaq fikriniz varmı?” sualına belə cavab verib:
“Bakıdakı bütün evlər mənimdir. Anamın doğulduğu bölgədə hələ də hotel yoxdur. İnsanlar kimdən hotel soruşsa, onu evlərinə aparıb qonaq edərlər. Mən də Bakıda özümü belə hiss edirəm. Ona görə də, mənim Azərbaycanda gedəcək qapım çoxdur. Kimə desəm ki, məni evinə apar, bilərəm ki, qonaq edər. Ona görə də, sizin hamınızı çox sevirəm”.
Qeyd edək ki, sənətçi 17 və 18 mayda Bakı Konqres Mərkəzində konsert verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru