BMW-ni Elvis Preslinin avtomobilinə çevirdilər

28-05-2024, 16:14           
BMW-ni Elvis Preslinin avtomobilinə çevirdilər
"Estella-Fahrzeugtechnik" tüninq şirkəti özünün yeni layihəsini təqdim edib - Z4 modeli əsasında BMW 507-nin bərpa edilmiş versiyası olan Tender 5.7.

Qeyd edilir ki, layihənin ilham mənbəyi Elvis Preslinin 1950-ci illərin sonunda aldığı rodster olub. Avtomobilin adı ifaçının məşhur "Love me Tender" mahnısı ilə bağlıdır.

Avtomobil üçün karbon kuzov "Fasertechnik GmbH" ilə birgə hazırlanıb. Bildirilir ki, avtomobil 15 nüsxə tirajla istehsal olunacaq və onların hər biri özünəməxsus rəngə malik olacaq.

Tender 5.7 modeli 500 at gücü hasil edən üç litrlik altı silindrli B58 turbo mühərriklə təchiz edilib. Avtomobilin qiyməti 288 min avrodan az olmayacaq.

Mənbə: championat.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.