Nikolas Keyc süni intellektdən qorxduğunu etiraf etdi: "Bəs ürək döyüntüləri necə olacaq?"

10-07-2024, 15:34           
Nikolas Keyc süni intellektdən qorxduğunu etiraf etdi: "Bəs ürək döyüntüləri necə olacaq?"
Amerikalı aktyor Nikolas Keyc süni intellektdən və onun əyləncə sənayesində mümkün istifadəsi imkanlarından sözün əsl mənasında "dəhşətə düşdüyünü" etiraf edib.

O, bu barədə "The New Yorker" qəzetinə müsahibəsində bildirib.

Keyc şousu və gələcək filmlərindən biri üçün skan ediləcəyini açıqlayıb. Aktyorun rəqəmsal surəti yaradılacaq.

"Məni kompüterə qoymalı, göz rəngimi seçməli və nəyisə dəyişdirməlidirlər, bilmirəm. Onlar mənim bədənimi oğurlayacaqlar və süni intellektdən istifadə edərək onunla istədiklərini edəcəklər", - Keyc vurğulayıb.

O əlavə edib ki, imici üzərində işdə süni intellektdən istifadə olunmayacağına ümid edir.

Aktyor rəqəmsal texnologiyalara və süni intellektə olan həvəsin nəyə gətirib çıxaracağı ilə maraqlandığını etiraf edib.

"Həqiqi sənətkarların aqibəti necə olacaq? Onlar əvəzlənəcək? Dəyişəcək? Bəs ürək döyüntüləri necə olacaq? Demək istəyirəm ki, mən öləndə üzümə, bədənimə nə olacaq? Mən onlara heç nə edilməsini istəmirəm", - ulduz bəyan edib.

Mənbə: daily.afisha.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru