Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
13-08-2024, 16:24
Sovet kinosunun əfsanəvi aktrisası və Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnaya ona yeni diaqnoz qoyulmuş onkoloji xəstəliyin müalicəsindən imtina edib.
"Mash" "Telegram" kanalının verdiyi məlumata görə, bu barədə aktrisanın ailəsinə yaxın mənbələrdən xəbər verilib.
Bildirilib ki, biopsiya orqanizmin toxumalarına sürətlə yayılan və zərər verən aqressiv xərçəng formasının əlamətlərini aşkar edib. Həkimlər dərhal müalicəyə başlamağı təkid etsələr də, 84 yaşlı Svetlana Afanasyevna həkimlərin bütün təkliflərini qəti şəkildə rədd edib.
"Brilyant əl" və "Baharın on yeddi anı" filmlərinin ulduzu baş, qulaq və boğazda dözülməz ağrılardan, həmçinin zəiflikdən əziyyət çəkir və görmə qabiliyyəti xeyli pisləşib. Narahatedici simptomlara baxmayaraq, Svetliçnaya vəziyyətinin daha da pisləşməsi qorxusundan müalicə olunmayacağını bildirib.
Həkimlər aktrisanın yaşını və vəziyyətini nəzərə alaraq əməliyyatda təkid etməməyi qərara alıblar. Bunun əvəzinə onlar ağrını yüngülləşdirməyə və xəstəliyin inkişafını ləngitməyə kömək edəcək dəstəkləyici dərman terapiyası təyin edəcəklər.
Daha əvvəl KİV Svetlana Svetliçnayanın boynunda iki dəfə böyümüş limfa düyünlərinin aşkar edildiyini və USM-in üçsantimetrlik şişin olduğunu göstərdiyini bildirmişdi. Daha sonra beyin şəkillərində yeni törəmə aşkar edilib ki, bu da kino əfsanəsinin psixiatriya klinikasına düşməsinə səbəb ola bilərdi.