"TikTok"er vanna otağında çimərkən öldü

18-02-2025, 08:38           
"TikTok"er vanna otağında çimərkən öldü
Rusiyada qadın qaynar su ilə dolu vannada ölü tapılıb.

TEREF xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya üzrə Baş İstintaq İdarəsi bildirib ki, prosessual istintaq başlayıb.

Regional media və sosial şəbəkələr yerli rep sənətçisi və TikTokerin vanna otağında termik yanıqlardan öldüyünü bildirir.

"İstintaq orqanlarına Açinsk şəhərindəki mənzildə yüksək temperaturun təsiri nəticəsində termiki yanıq xəsarəti almış 32 yaşlı qadının meyitinin aşkarlanması barədə məlumat daxil olub, başqa heç bir gözəgörünməz bədən xəsarəti aşkar edilməyib", - Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə Baş İstintaq İdarəsinin açıqlamasında qeyd olunub.

İstintaq Komitəsinin məlumatına görə, qadının ölümünün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası aparılır. (baku.ws)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru