"Tıxaclardan, dayanacaqlardan yoruldum, sürməyi bacarmayanlar da çoxalıb"

11-03-2025, 12:41           
"Tıxaclardan, dayanacaqlardan yoruldum, sürməyi bacarmayanlar da çoxalıb"
"Ömrümün 30 ili yollarda keçib: o rayon, bu şəhər, qəsəbə. Ölkədaxilində toylara gedəndə özüm idarə edirdim. Amma son 7 ildir heç maşın sürmürəm. Tıxaclardan, dayanacaqlardan yoruldum, sürməyi bacarmayanlar da çoxalıb".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Yollar bizi ayırmasın" verilişində deyib. Müğənni 7 ildir avtomobil idarə etmədiyini bildirib.

N.Ələsgərli keçirtdiyi qəzadan danışıb:

"Rayona toya gedirdim, ailə üzvlərim də mənimlə gedirdi. Onları rayona qoyub, toy olan yerə getdim. Gecə tək qayıtdım. Böyük tırın siqnal səsinə oyandım. Yoxsa onun altında qalacaqdım. Maşın fırlandı durdu. Yolda yata da bilməzdim. Şəmkirdən Bakıya kimi necə gəldim Allah bilir. Tövbə etdim ki, bir də gecə yola çıxmayacağam".

Müğənni illər əvvəl maşını təhlükəsizlik kəməri taxmadan sürdüyünü etiraf edib:

"Maşınların ən dəbdə olanını, bahalısını almışam. Ürəyim istəyəni alıb sürmüşəm. Kəmər taxmaq, telefona cavab vermək olmaz. O vaxt kəmər taxmırdım. O vaxt kəmər taxana pis sürücü kimi baxırdılar. Sonra düz yola qayıtdım".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru