YUĞ teatrında tamaşa yarımçıq dayandırıldı

17-03-2025, 12:14           
YUĞ teatrında tamaşa yarımçıq dayandırıldı
Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.
Ajans.az xəbər verir ki, tamaşanın gedişində aktyor Elşən Əsgərov səhnənin dar olması səbəbindən ayağını zədələyib.

Bundan sonra aktyor tərəf müqabili aktrisa Ləman Mərrihdən, tamaşının quruluşçu rejissoru Əbdülqəni Əliyevdən və tamaşaçılardan üzr istəyərək tamaşanı davam etdirmək istəmədiyini bildirib.

E.Əsgərov uzun illərdir, YUĞ teatrının binasız qalmasını, buna laqeyd münasibəti ifadə edərək teatrın fəaliyyət göstərməsində yaranan çətinliklərdən danışıb.

Onun sözlərinə görə, hər tamaşa üçün lazım olan dekorativ əşyalar və digər lazımi avadanlıqlar səbəbindən səhnənin kulisində hərəkət etmək mümkün olmur. Bu da tamaşa zamanı aktyorların müxtəlif problemlə üzləşməsi ilə nəticələnir.

Qeyd edək ki, Azərbaycan Dövlət YUĞ Teatrının binası 2016-cı ildə sökülüb. Teatr həmin vaxtdan indiyədək fəaliyyətini Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik məşq zalında davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru