Hollivudun ulduzu ilk dəfə xatirə kitabı yazıb

17-03-2025, 12:29           
Hollivudun ulduzu ilk dəfə xatirə kitabı yazıb
Britaniyalı aktyor və rejissor Entoni Hopkins ilk dəfə xatirə kitabı yazıb.

Hopkins bu barədə "Instagram"da məlumat yayıb.

Oskar mükafatı qazanmış 87 yaşlı aktyor avtobioqrafiyasını "Biz bacardıq, oğlan" ("We Did OK, Kid") adlandırıb.

Məlumatlara görə, kitab onun şəxsi həyatının ən acı məqamları, ailə uğursuzluqları və özünü travmalardan qorumaq üçün insanlardan uzaq durmaq istəyi haqqındadır.

"Bu mənim xoşuma gəlir və düşünürəm ki, sizin də xoşunuza gələcək. Oxuyun", - deyə Hopkins videoda bildirib.

Məlumata görə, "Summit Books" nəşriyyatı kitabın təqdimatını noyabrın 4-nə planlaşdırır.

Qeyd edək ki, Hopkins ən çox "Quzuların səssizliyi", "Hannibal" və "Qırmızı əjdaha" filmlərindəki adamyeyən doktor hannibal Lektor rolu ilə tanınır.

2000-ci ildən bəri Hopkins ABŞ-də yaşayır və bu ölkənin vətəndaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru