"Sən mənim əmlakımı zəbt etmisən" - Əməkdar artistdən deputata İTTİHAM

27-02-2017, 13:49           
"Sən mənim əmlakımı zəbt etmisən" - Əməkdar artistdən deputata İTTİHAM
Əməkdar artist Firuzə İbadova qanunsuz şəkildə əlindən alınan torpaq sahəsindən danışıb.

Axşam.az-a açıqlama verən müğənni hələ də torpaq sahəsini geri qaytara bilmədiyini deyib:

“İnanaraq notariusda 4,8 sota qol çəkdim, amma torpaq sahəm göstəriləndən qat-qat çox idi. Onlar qanunsuz olaraq hamısını zəbt etdilər. Mən onun adını qorxmadan deyirəm. Hansı ki həmin millət vəkili Azərbaycandan gedənlərə "otxod" demişdi. Bir deputat öz mandatına hörmətsizlik edib, o sözü deməməli idi. Astan, (millət vəkili Astan Şahverdiyevi nəzərdə tutur - red.) sən mənim əmlakımı zəbt etmisən.

Sabah ölkədən çıxıb getsəm, deməli mən də "otxod" olacağam? Mən onu Allaha həvalə edirəm. Nə olsun ki, müğənniyəm. Mömin biri olmasam da, Allahı sevən biriyəm. Təkəbbürlü deyiləm, sadə həyat tərzim var. Amma Astan Şahverdiyevin kürəkəni mənim torpaq sahəmi onun həyat yoldaşının adına yazdıraraq əlimdən aldı. Həmin adam sonra qəzaya düşərək dünyasını dəyişdi. Onlar bir insan kimi məni çağırıb söhbət edə bilərdilər.

Mən tanınmış simayam. Deputat 5 il, uzağı 10 il vəzifədə olur. Amma Firuzə İbadova tarixdə qalacaq bir insandır. Onlar məndən halallıq almasalar, aqibətləri çox pis olacaq. Mənim onlara yazığım gəlir. Heç kimdən qoxmuram, heç bir nazirdən, millət vəkilindən çəkinmirəm. Arxamda burada və dünyanın müxtəlif ölkələrində yaşayan 56 milyon azərbaycanlı var. Məni torpaq sahəm deyil, onun sözləri özümdən çıxartdı. Astan Şahverdiyev ac kasıbdır. Sakitcə yerimdə oturmuşdum, məhkəmələri uddular, 4 sotla bütün torpağımı zəbt etdilər. O, bundan sonar necə yaşayacaq? Nə qədər ki, məndən halallıq almayıblar, hələ başlarına çox iş gələcək.

Mənə onun kimi yox, Qənirə Paşayeva kimi millət vəkili lazımdır. Onun qeyrətinə qurban olum”.

F.İbadova xaricdə yaşayan qohumlarından bəhs edib:

“ABŞ-da klinika sahibi olan, tibb sahəsində alim dərəcəsi alan xalam qızı, Azərbaycanın adından Moskva şəhərində kosmos aləmində fəaliyət göstərən, öz sözünü deyən 2 görkəmli qohumum var. Hansı ki, üzdə görünməsələr də, adları ilə məşhurdurlar. Həmçinin kürəkənim də xaricdə yaşayır. Mənim heç də sadə qohum-əqrabam yoxdur. Ümummili liderimizin və cənab prezident İlham Əliyevin imzası olan fəxri vəsiqəm var”.

Müğənni yaşadığı evinin ağır vəziyyətdə olduğunu da deyib:

“Xalqım məni yetərincə sevib, dövlətim də daim dəstəkləyib. Mən dövlət sənətçisi olduğum üçün ağlamağı sevməmişəm. Amma evimin vəziyyəti çox pisdir. Tədbirlərdə iştirak edərkən heç kəsə yaxınlaşıb bu barədə ağız açmamışam və bundan sonra da açmaram. Əgər məsləhət olsa Allah özü yol açar və bu da qaydasına düşər”.

F.İbadova mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovla aralarında yaşanan pul qalmaqalına da aydınlıq gətirib:

"O barədə danışmaq istəmirəm. Bu məsələni o bilər, mən bilərəm, bir də Allahı. Övladım yerində uşaqdır, mən onunla nə danışım ki? Ola bilər o, səhv edib. Quranda belə bir ayə var ki, borclu adamın üstünə çox getsən, günaha batarsan. Qaldı ki, o məsələyə, qismət olarsa, qayıdar, qismət olmasa da, heç... Gözümün qarşısında böyüyən uşaqdır. Elə bilərəm ki, övladım aldı, getdi”.



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.