"O səs Türkiyə" yarışmasının qalibi müəyyənləşdi - Video

20-03-2017, 14:23           

Ötən gün "O səs Türkiyə" yarışmasının qalibi müəyyən olunub.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfəki yarışmanın qalibi Hadisənin komandasında yarışan Dodan Özer olub.

Birincilik uğrunda 6 nəfər yarışıb. Sona Dodan Özer və Gökhan-Hakanın komandasından Resul Aydemir qalmağı bacarıb.

Səsvermə nəticələrinə görə, Dodan Özer birinci olub. Müğənni Hadisə iştirakçısının birinci olması ilə "O səs Türkiyə"də ilk dəfə qalib olub.

Qeyd edək ki, TV8-də yayımlanan "O səs Türkiyə" yarışmasına bu il çoxlu sayda azərbaycanlı ifaçılar da qatılmışdı. Lakin ifaçılarımız bir neçə turdan sonra yarışmadan uzaqlaşmalı olublar. Azərbaycanlı ifaçı Gülşən İbadova isə yarışmadan qərəzli şəkildə uzaqlaşdırıldığını iddia edərək "Acun media" nı Avropa Məhkəməsinə verəcəyini açıqlamışdı.
[media=https://www.youtube.com/watch?v=AEkRDOKduxo]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.