"Sədr Moskvada ruslara konsert verməyə gedir, goranboylu aşığınsa gücü ancaq it toyunda oxumağa çatır" — QALMAQAL - FOTO

29-04-2017, 11:16           

Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı bu gün Moskvada çıxış edəcək.

"Ölkə.Az"-ın məlumatına görə, o, aşıq Ramin Qarayevin Rusiyada baş tutacaq "Sazın avazında" adlı solo konsertinin qonaqları sırasındadır.

Bu arada saytımızın elektron ünvanına Əli Miriyev adlı oxucumuzdan bir məktub daxil olub. Məktubu olduğu kimi təqdim edirik:

"Son həftə bütün mətbuat itin toyunda oxuyan aşıqdan yazdı. Düz də elədi. Aşıqlar Birliyi də həmin aşığın yanında olan balabançını üzvlükdən çıxartdı. Yəni gücü palana çatdı. Belə hallar ona görə baş verir ki, Aşıqlar Birliyi aşıqlarla işini düz qura bilmir. Onlarınki hardan olur olsun, ancaq pul qazanmaqdır. Dara düşəndə də aşığı üzvlükdən çıxarar, vəssalam. Baxın, bu gün aprelin 29-da aşıq Ramin Qarayev Moskvada konsert verir. Afişada isə özüylə bərabər birliyin sədri Məhərrəm Qasımlının da şəkli var. Bu nə deməkdir? Birlik sədri indi də gedib konsertmi verir? Belə çıxır ki, birliyin sədri Moskvada ruslara konsert verməyə gedir, goranboylu aşığınsa gücü ancaq it toyunda oxumağa çatır. Birlik sədrinin gürcüstanlı aşığın konsertində çıxış eləmək üçün Moskvaya getməsinin adı nədir? Yəqin sədr aşıqlıqda ilk addımını Moskvadan atmaq istəyir".

Qeyd edək ki, bu yaxınlarda Goranboyda itlərinə toy edən iş adamının təşkil etdiyi məclisdə iştirak edən balaban ifaçısı Aşıqlar Birliyindən xaric edilmişdi.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.