"Nəvələrim də xəstəyəm deyə həftədə bir dəfə yanıma gəlirlər" - Diktor Ofeliya Sənani

13-04-2015, 10:46           
"Nəvələrim də xəstəyəm deyə həftədə bir dəfə yanıma gəlirlər" - Diktor Ofeliya Sənani
Tanınmış diktor Ofeliya Sənani efirlərdən ayrı düşüb. O, efirə çıxmamasının səbəbini xəstəliyi ilə əlaqələndirib.

"Qış ayında mən infarkt keçirdim, buna görə səhhətimdə bir az dəyişiklik baş verdi. Özümü çox da yaxşı hiss etmirəm, çünki bu, elə bir xəstəlikdir ki, uzun müddət özünü qorumalısan. Efirlərə dəvət alsam da, getmirəm. Çünki halsızam, artıq taqətim qalmayıb. İstəmirəm tamaşaçılar məni belə görsün.

Zəng edib mənim haqqımda sujet hazırlamaq istədiklərini bildirirlər. Amma razı olmuram, çünki bəzənməyə belə həvəsim yoxdur. Bu yaxınlarda bir verilişə getdim, güclə verilişin sonuna kimi oturdum. Nəvələrim də xəstəyəm deyə həftədə bir dəfə yanıma gəlirlər. Çünki bilirlər ki, xəstəyəm, gəlsələr, narahat olacağam", - deyə diktor bildirib.
Milli.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.