"Space" telekanalının yayımı dayandırıla bilər - VİDEO
3-07-2015, 23:01
“Space” telekanalında növbəti dəfə biabırçılıq olub.
Müğənni Səidə Sultan aparıcısı olduğu “Əsl şou” verilişində qonağı olan həmkarı Rəhim Rəhimlinin ünvanına efir etikasından kənar ifadə işlədib.
O, Rəhimin nə zaman evlənəcəyini soruşub.
Rəhim evlənmək istəmədiyini deyəndə, Səidə “toy nə vaxtdır?! Niyam Salami də deyir ki, evlənmək istəmirəm. Yaş gedir” sözlərinə R.Rəhimli “Mənim nə yaşım var ki? Toy haqda düşünmürəm. Niyam bir dəfə ailə qurub boşanıb” cavabını verib.
Səidə isə Rəhimə “Uşağın xətrinə dəymə, cıraram səni”- deyib.
Xatırladaq ki, bu günlərdə sözügedən telekanalda yayımlanan “Günaydın” verilişində də nalayiq ifadələr işlədilmişdi. Qonaqlar arasında söyüşlə dolu qalmaqal yaşanmışdı. Yazar Əziz Musaoğlu ifaçı Mətanət Əsədovanın ünvanına “Mən aliməm, sən isə fahişəsən” - sözlərini işlətmişdi.
Hətta məsələyə Milli Televiziya və Radio Şurası (MTRŞ) münasibət bildirib. Telekanal rəhbərliyi üzr istəyərək, “Günaydın” verilişini bağlayacaqlarını söyləmişdi.
Space” televiziyasının yayımı dayandırıla bilər. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov bu gün “Space” telekanalında yayımlanan “Əsl şou” verilişində yenidən qeyri-etik ifadələrin işlədilməsinə münasibət bildirərkən deyib.
Efirdə qeyri-etik ifadə işlədilməsindən xəbərdar olduğunu deyən MTRŞ rəsmisi bu dəfə kanala qarşı daha ciddi tədbir görüləcəyini qeyd edib:
“Biz “Space” telekanalından aparıcının efirdən uzaqlaşdırılması və veriliş barədə görülən tədbirlərlə bağlı əmrin surətini tələb edəcəyik. Əgər heç bir tədbir görülməyibsə, telekanal ciddi şəkildə cəzalandırılacaq”.
Gələn həftə kanalla bağlı ciddi tədbirlər görüləcəyini deyən T. Məmmədovun sözlərinə görə, cəza MTRŞ-nın iclasında verilən qərardan asılıdır:
“Gələn həftə MTRŞ-da üzvlərin iştirakı ilə iclas keçiriləcək. Ciddi tədbir iclasda veriləcək qərardan asılıdır. Qərardan asılı olaraq bu, cərimə, xəbərdarlıq, proqramın yayımının dayandırılması və ya ümumi yayımın dayandırılması da ola bilər”.(publika.az)
[media=https://www.youtube.com/watch?v=FCKBypRipgw]