1 Aprel — Səfehlər günü: Zarafata oxşayan 6 gerçək

4-04-2015, 15:44           
1 Aprel — Səfehlər günü: Zarafata oxşayan 6 gerçək Aprelin 1-i «Səfehlər günü» ciddi xəbər axtaranlar üçün çətin gündür.

Bəzən elə olur ki, uydurma və zarafat hesab etdiyimiz bir hadisənin gerçəkdən baş vermiş olduğunu görürük.

Diqqətinizə məhz belə əhvalatlardan bəzilərini təqdim edirik:

1. İsveç millət vəkilləri ictimai yerlərdə lisenziyasız rəqs etməyi və ya «ayaqları musiqiyə uyğun hərəkət etdirməyi» yasaqlayan qanun layihəsini dəstəkləyiblər. Bu qanuna əsasən “rəqs üçün lisenziyası” olmaytan bar, restoran və gecə klublarının sahibləri “bəzi müştərilərin spontan və icazəsiz rəqsinə” görə cərimə oluna bilərlər. Polis bildirir ki, rəqs dava-dalaşa və asayişin pozulmasına səbəb olur.

2. Pişiklər klassik musiqini başa düşürlər. «Feline Medicine and Surgery» (Pişik təbabəti və cərrahiyyəsi) jurnalında dərc olunmuş bir tədqiqat hesabatında deyilir ki, pişiklər ağır metal musiqisinə nifrət edirlər, pop musiqisinə biganədirlər, klassik musiqiyə isə vurğundurlar. Təcrübə məqsədilə anesteziya altında olan 12 pişiyin qulaqlarına qulaqcıqlar vasitəsilə hər dəfə iki dəqiqə olmaqla hər üç janrda musiqi parçaları verilib. Jurnal yazır ki, klassik musiqi verilərkən pişiklər daha sakit görünüblər, yəni daha rəvan nəfəs alırmışlar. Lissabon Universitetindən Miguel Carreira deyir ki, pişiklər xüsusən də George Handelin musiqisinə biganə deyillər.

3. Qohumluq əlaqəsi olmayan, lakin ekizlər kimi bənzər olan iki kişi nəhayət ki, tanış olublar. 69 yaşlı Neil Richardson və 74 yaşlı John Jemison eyni kollecdə təhsil alıblar, hər ikisi din dərsi deyirlər, eyni banka müştəridirlər və Esseks əyalətinin Breyntri nahiyəsində yaşayırlar. Onlar nəhayət Britaniya Muzeyində açılmış Magna Carta sərgisinə gedərkən eyni avtobusun sərnişinləri kimi tanış olublar.

4. Amazon şirkəti evinizin divarına və ya ev cihazlarına yapışdıra biləcəyimiz düymə ixtira edib. Bu düyməni basıb sizə təcili lazım olan nəyisə, məsələn, mətbəx salfetlərini sifariş edə bilərsiniz. «Əlimyandı düyməsi» (Dash Button) adlanan bu düymənin üstündə lazım olan şeyin brend adı yazılıb və onu Amazonun yalnız ABŞ-daki «Prime» – «mötəbər» üzvləri əldə edə bilərlər. İndiyədək 10-15 məhsul üçün belə düymələr buraxılıb.

5. Britaniyanın baş naziri David Cameron bəlkə də Kim Kardashianın 13-cü xalası oğludur. Müxalifıət lideri Ed Miliband qadın James Bond ideyasını dəstəkləyir, bu rola namizədi isə Rosamund Pike-dır. Hökumət koalisiyasına daxil liberal-demokratlar öz internet saytlarının adını dəyişib “liberal-demoCat”lər ediblər. Buna səbəb televizyanın ulduz aparıcısı Joey Essex-in partiyanın lideri Nick Clegglə müsahibədə onların nə üçün “democat” adlandıqlarını soruşması olub. Partiya lideri cavabında gülüb və izah edib, amma partiyanın saytdakı adı da dəyişib. Onlar yeni internet saytına ənənəvi quş emblemi əvəzinə pişik (cat) emblemi yerləşdiriblər.

6. Fransada böyüklər üçün «rənglənən şəkilli albomlar» çox populyarlaşıb. Naşirlər deyirlər ki, rəngli karandaşlarla vaxt keçirmək depressiyaya qarşı «incəsənət terapiyası»dır. İndi Britaniyadakı bir naşir «Sakitləşmək üçün rəngləyin» adlı belə bir kitab buraxmaq istəyir.

bbc












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.