“Mənimlə danışanda əlini aşağı sal” – Zaurun verilişində gərginlik
28-02-2018, 00:50
Bu gün Zaur Kamalın aparıcısı olduğu “5/5” verilişdə gərginlik yaşanıb.
Belə ki, Z. Kamal efirə dəvət etdiyi müğənni Orxan Babazadədən “eşitdim, dağıstanlı qızla nişanlanıbsan?” deyə soruşub. Bu sual isə ifaçını əsəbləşdirib. Həmin vaxt efirdə səs kəsilib və onun cavab olaraq nə dediyi anlaşılmayıb. Zaur isə aranı sakitləşdirmək üçün müğənniyə “bir dəqiqə mən deyənə qulaq as: bu, şoudur, ya yox? Niyə əsəbləşirsən?” deyə səslənib.
O. Babazadə də “ailə məsələlərimi heç vaxt şouya çevirmək istəmirəm. Bu mənim şəxsi həyatımdır. O şəkil də kimin əli ilə düşübdür, bilmirəm. Araşdırıb tapacağam və cəzasını verəcəyəm” deyə gileylənib. Zaur isə ona gülərək “mənimlə danışanda əlini aşağı sal, cibinə qoy” deyib.
Müğənni daha sonra Zaurun “toy nə vaxtdır?” sualına belə cavab verib:
“Bilirsiniz ki, mən iş adamıyam, atam da bizneslə məşğuldur. Mən də onun davamçısı olaraq, bəzi ölkələrə gedirəm və Qazaxıstanda olanda bir insanla tanış oldum, qızı da oradaydı. Onlar qazaxıstanlıdır, müsəlmandır. Orada tanış olduq və aramızda nəsə yarandı. Sənə də ona görə sərt cavab verdim… Mən səni həqiqətən çox istəyirəm, hörmətim də var. Amma mən əsəbi olanda özümü idarə edə bilmirəm. Mən istəmirəm ki, toyumda kamera, jurnalist olsun”.
Bir qədər sonra O. Babazadə yenə əsəbləşib. O, sosial şəbəkədən nişanlısı ilə bağlı gələn suala “elə etməyin ki, çıxıb gedim” deyə cavab verib.