Azərbaycan təmsilçisi Aysel Məmmədova "Eurovision"da ilk çıxışını edib

9-05-2018, 08:28           

Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

APA-nın xəbərinə görə, Azərbaycanı təmsil edən Aysel Məmmədova səhnəyə birinci çıxaraq "X my heart" mahnısını ifa edib.

Birinci yarımfinalda 19 ölkə finala keçmək uğrunda yarışır. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Portuqaliya və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.



Bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"-in ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru