ATV-dən Lalə Azərtaşla bağlı AÇIQLAMA - "Aparıcı dediyi sözün fərqində olmayıb"

9-05-2018, 20:22           

Bu gün ATV telekanalının “ATV Səhər” proqramının aparıcısı Lalə Azərtaş canlı yayımda “Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik” ifadəsini səsləndirib.
Bəzi saytlar canlı efirdə yaşanan mexaniki bir səhvə görə aparıcını qınayıblar.
Metbuat.az canlı efirdə yaşanan hadisə ilə bağlı "Azad Azərbaycan Teleradio Yayım Şirkəti" ilə əlaqə saxlayıb. ATV rəhbərliyi məsələyə belə münasibət bildirib:
“Aparıcı dediyi sözün fərqində olmayıb. Mexaniki bir səhv idi. Təbii ki, belə bir vəziyyətlə üz-üzə qalmağı biz də arzulamazdıq. Canlı yayımda belə hallar yaşanır. Heç bir aparıcı bundan sığortalanmayıb. Aparıcı demək istəyib ki, “Gün gələcək, Azərbaycan ərazilərini işğaldan azad edəcəyik, həmin 20 faizi də””.
Xatırladaq ki, aparıcının 2015-ci ildə “Günəşli” faciəsi ("Günəşli" neft yatağında yanğın) zamanı canlı efirdə çıxışı da sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu. Neftçilərin ölüm xəbərini çatdıran aparıcı göz yaşlarını saxlaya bilməmişdi. Buna görə də, izləyicilərin böyük rəğbətini qazanmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.