Avroviziyanın final mərhələsinin iştirakçıları məlum olub

11-05-2018, 08:21           
Avroviziyanın final mərhələsinin iştirakçıları məlum olub
Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya beynəlxalq musiqi yarışmasının ikinci yarımfinalının qalibləri məlum olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, beynəlxalq musiqi yarışmasında iştirak edən 18 ölkədən 10-u finala çıxıb.

Bunlar: - Serbiya, Moldava, Macarıstan, Ukrayna, İsveç, Avstraliya, Norveç, Danimarka, Sloveniya və Niderlanddır.

Rusiya, Rumıniya, Latviya, Polşa, San-Marino, Gürcüstan, Malta və Çernoqoriya yarışmada məğlub olublar.

Final yarışması mayın 12-də baş tutacaq. Son yarışmada həmçinin Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya və ev sahibi Portuqaliya iştirak edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru