“ Yarımçıq qalmış “...
11-05-2018, 14:18
ADİU-də ( UNEC ) Y. Avram və B. Səminin birgə müəllifi olduqları “ Xəyalpərvər oğlanlar “ əsərinin motivləri əsasında hazırlanmış “ Yarımçıq qalmış “ tamaşası oynanıldı. Səhnə əsəri aprel şəhidlərinin xatirəsinə həsr olunib.Tamaşa maraqlı olması ilə yanaşı tamaşaçını intizarda saxlayan və bir an belə olsun hadisələrin axarından ayrılmağa imkan verməyən süjet xəttinə malikdir. 1990-cı illərdə şəhid olmuş vətən oğulları zaman-məkan anlayışı olmayan bir yerdə aprel şəhidləri ilə qarşılaşırlar. Və hər biri sağ olduğuna inanır. Onları çaşdıransa belə gənc yaşlarında özləri boyda, hətta özlərindən böyük övladlara sahib olmaları fikridir. Yeni gələn şəhid ruhlarından birinin geriyə-dünyamıza dönüb illərlə həsrət çəkən ruhlara öz sevdiklərindən xəbər gətirməsindən və onlara unudulub unudulmamalarını aydınlaşdırmaqlarından bəhs edən süjet xəttinə malikdir. Zaman keçdikcə mövcud dünyadan uzaq olduqlarını anlayır, reallıqla üz-üzə qalırlar. Hadisələrin davamı tamaşaçını göz yaşına boğan epizodlar zəncirindən ibarətdir. Tamaşanın məğzində Azərbaycanın bütün dövrlərçün bir qəhrəmanlıq salnaməsinə malik olması dayanır. Tamaşanın ərsəyə gəlməsində ADİU (UNEC) - nun tələbələri ilə yanaşı aktyor Vahid Orucoğlunun (quruluşçu rejissor) da əziyyəti böyükdür. UNEC-in rektoru Ədalət Muradov səhnə işinin ərsəyə gəlməsi üçün yaxından dəstək vermişdir. Zövqlü musiqi seçimi olan tamaşa izləyicilər tərəfindən maraq və şövqlə qarşılanmışdır. Xatırladım ki, heyət tamamilə tələbələrdən təşkil olunmuşdur.
Gəncliyimizin bu mövzuya müraciəti və bu qədər içdən çalışaraq mükəmməl bir iş ortaya çıxarmaları vətənpərvərlik ruhunun nə qədər yüksək olduğundan, xalqımızın düşmənə heç zaman mənən yenilməyəcəyindən xəbər verir. ADİU ( İNEC ) axarıncı bir layihəsinə də imza atdı. Gələcəyimizin təməli olan gənclərimizin bu ruhda tərbiyə olunaraq yetişdirilməsində göstərdiyi çabaya görə universitet rəhbərliyi və kollektivinə minnətdarlıq düşür.